Hindistanda təlim təyyarəsi qəzaya uğrayıbbackend

Hindistanda təlim təyyarəsi qəzaya uğrayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Hərbi Hava Qüvvələrindən bildirilib ki, təyyarə Karnataka ştatında adi təlim uçuşu zamanı qəzaya uğrayıb.

Pilotların xəsarət almadığı məlum olub.

Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.

Hindistanda mayın 8-də “MiQ-21” tipli döyüş təyyarəsi Rajastan əyalətinin Hanumanqarh bölgəsində yaşayış məntəqəsinə düşüb və 2 mülki şəxs həlak olub.