Hindistanın şimalındakı Pəncab əyalətində hərbi bazaya silahlı hücum nəticəsində 4 nəfər ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ordu sözçüsü açıqlamasında yerli vaxtla saat 04:35-də Bathinda bölgəsindəki hərbi bazaya silahlı hücumun həyata keçirildiyini bildirib.
Sözçü hücumda 4 nəfərin öldüyünü və baza ətrafında hücum edənlərin axtarışlarının davam etdiyini bildirib.
Bathindada yüksək rütbəli polis məmuru Gulneet Singh Khurana polis qrupunun hərbi bazanın kənarında gözlədiyi barədə məlumatı NDTV-yə paylaşaraq, hadisənin terror hücumu deyil, “şəxsi düşmənçilik” zəminində baş vermə ehtimalına diqqət yetirdiklərini bildirib.