Hollandiyada Makrona etiraz edən 1 nəfər saxlanılıbbackend

Hollandiyada Makrona etiraz edən 1 nəfər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiyada rəsmi səfərdə olan Fransa prezidenti Emmanuel Makrona Amsterdamda şüarlar səsləndirərək reaksiya verən şəxs saxlanılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Makron iki günlük rəsmi səfər üçün gəldiyi Hollandiyanın Amsterdam Universitetində proqrama qatılıb.

Universitetin girişində bir nəfər “Makron istəməsə belə, işçilərin şərəfi üçün buradayıq” deyə qışqırıb.

Şüar qışqıran şəxsə hadisə yerində olan təhlükəsizlik qüvvələri müdaxilə edərək, onu üzüstə yerə qoyublar.

Etirazçıya müdaxilə edilərkən, Makron Amsterdam meri Femke Halsema və Hollandiya kralı Willem-Alexander ilə söhbətini davam etdirib.

Hadisə ilə bağlı sosial mediada əksini tapan görüntülərdə etirazçının Makron yerə endirilməmişdən əvvəl uzaqdan qaçaraq ona doğru gəldiyi, 3 nəfərin araya girərək şüar atan şəxsin üzərinə uzandırdığı görünür.

Hollandiya mediası hadisə yerində biri qadın olmaqla iki etirazçının olduğunu və daha sonra onların nəzarətə alındığını bildirib.

Makron dünən Haaqadakı Nexus İnstitutunda Avropada yaşıl sənaye ilə bağlı çıxış edərkən ona etiraz edilib.

Çıxış zamanı zalda olan və üzərində “zorakılıq və ikiüzlülük prezidenti” yazılmış pankart açan nümayişçilər Makronun sözünü kəsiblər.