Hondurasda Çin səfirliyi açılıbbackend

Hondurasda Çin səfirliyi açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Amerika ölkəsi Hondurasda Çinin Tequsiqalpa səfirliyinin açılışı olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Açılış mərasimində çıxış edən Honduras xarici işlər naziri Eduardo Enrike Çinə rəsmi səfər edəcəklərini qeyd edib: “Prezidentin Çinə səfəri zamanı iki ölkə arasında bir sıra müqavilələr imzalanacaq və çox yaxşı xəbərlərimiz olacaq.

Honduras prezidenti Xiomara Kastro da öz Twitter hesabında Çinlə ikitərəfli münasibətlərin yaxşılaşdığını və Hondurasın da Pekində səfirlik açmaq üçün danışıqlar aparacağını bildirib.

Kastro Çin sədri Si Cinpinin dəvəti ilə iyunun 9-da Pekinə gedəcəklərini və rəsmi səfərin iyunun 14-dək davam edəcəyini bildirib.

Honduras martın 26-da Tayvanla diplomatik əlaqələri kəsib.

Yanvarın 27-də vəzifəsinin icrasına başlayan Honduras prezidenti Kastro diplomatik tanınma münasibətlərini Taypeydən Pekinə dəyişmək niyyətində olduğunu bildirib və xarici işlər naziri Enrikeni danışıqlar aparmaq və diplomatik protokol imzalamaq üçün martın 23-də Pekinə göndərib.

Hondurasın əlaqələri kəsməsi nəticəsində Tayvanı diplomatik yolla tanımağa davam edən Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv ölkələrin sayı 12-yə enib.