Kabardin-Balkarda hüquq-mühafizə orqanlarına hücum planlaşdıran 3 nəfər məhv edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiya FTX Kabardin-Balkar Respublikasının Baksan rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum planlaşdıran üç silahlı şəxsi zərərsizləşdirib.
Agentlik onların həbs zamanı müqavimət göstərdiyini və cavab atəşi ilə zərərsizləşdirildiyini bildirib.
Bildirilir ki, qarşıdurma yerində iki əldəqayırma partlayıcı qurğu aşkarlanıb.
Xuraman Etibarlı
İnterpress.az