Cənubi Koreyalı avtomobil istehsalçısı “Hyundai”, “SK On” ilə ABŞ-da 5 milyard dollarlıq elektrik avtomobil akkumulyatoru fabriki qurmağı planlaşdırdıqlarını açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
“Hyundai Motor Group”un ABŞ-da ortağı “SK On” ilə elektrikli avtomobil akkumulyatorlarının istehsalı üçün ortaq bir müəssisə qurmağı planlaşdırdığı bildirilib.
2022-ci ilin noyabrında SK On şirkəti ilə anlaşma memorandumu imzalandığını xatırladan açıqlamada Hyundai və SK On-un hər birinin 50 faiz paya sahib olduğu birgə müəssisənin ümumi investisiya məbləğinin təxminən 5 milyard dollar olacağı gözlənilir.
Açıqlamada tərəflərin birgə müəssisə vasitəsilə ABŞ-ın Corciya ştatında elektromobil akkumulyator zavodu qurmağı planlaşdırdığı bildirilib.
Yeni fabrikin 2025-ci ilin ikinci yarısında akkumulyator hüceyrələrinin istehsalına başlaması gözlənilir.