Türkiyədə fotoqrafın cəzalandırılması sektorda narazılıq yaradıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Elazığda bir fotoqrafa çəkdiyi şəkilləri icazəsiz paylaşdığı iddiası ilə 1 il 8 ay həbs cəzası verilməsi peşə ictimaiyyətində ciddi narazılığa səbəb olub. Elektroniklər, fotoqraflar və saatçılar gildiyası qərara etiraz etdiklərini açıqlayıb.
Məlumata görə, gəlin və bəy çəkilişə tam razılıqla gəlmişdilər. Problemlər isə bəyin əlavə fotolar tələb etməsindən sonra yaranıb. Fotoqraf həmin şəkilləri nümayiş etdirdiyi üçün cəzalandırılıb.
Peşə nümayəndələri bildirirlər ki, 1999-cu il presedenti fotoqraflara çəkdikləri görüntülərdən istifadə hüququ verirdi. Yeni qərar isə bu hüququ tamamilə görməzdən gəlir və sektorda ciddi hüquqi boşluq yaradır.
Gildiyanın fikrincə, bu cür qərarlar fotoqraflıq sənayesində fəaliyyət göstərənlərin işini çətinləşdirəcək və mübahisəli situasiyaların sayını artıracaq.
Xuraman Etibarlı
İnterpress.az






