İcma: “Avropa Parlamenti artıq çoxdandır ki, Azərbaycana qarşı səlib yürüşünə çıxıb”backend

İcma: “Avropa Parlamenti artıq çoxdandır ki, Azərbaycana qarşı səlib yürüşünə çıxıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbi Azərbaycan İcması Avropa Parlamentinin deputatlarının son günlər verdikləri qərəzli açıqlamalarla bağlı bildirir ki, Avropa Parlamenti artıq çoxdandır ki, Azərbaycana qarşı səlib yürüşünə çıxıb.

“İnterpress.az”ın xəbərinə görə, bu, İcmanın yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, Natali Luazo, Fransua Bellami, Marina Kalyurand, Andrey Kovaçev, Lukas Furlas və bu qəbildən olan deputatların düşdüyü durum acınacaqlıdır:

“Müharibələrə, işğallara, insan iztirablarına, ölkələrin ərazi bütövlüyü və suverenliyinə etnik və dini simpatiya əsasında yanaşan irqçi, islamofob, Azərbaycanofob Avropa Parlamenti Avropanın utanc mənbəyidir”.