İki mindən çox miqrant Rusiyadan çıxarılır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Moskvada bir həftə davam edən “Qeyri-qanuni 2024” əməliyyatının ikinci mərhələsinin nəticələrinə görə, 2 mindən çox miqrant Rusiyadan çıxarılacaq.
Departamentin mətbuat xidməti xəbər verir ki, Rusiya FTX-nin Kabardin-Balkar Respublikası üzrə Sərhəd İdarəsinin əməkdaşları “Qeyri-qanuni – 2024” regional əməliyyatında iştirak ediblər.
Rusiya FTX-nin Kabardin-Balkar Respublikası üzrə Sərhəd İdarəsinin əməkdaşları daxili işlər orqanlarının nümayəndələri ilə birlikdə xarici vətəndaşların Rusiya ərazisində qalmasının qanuniliyinə riayət olunmasına nəzarət etmək üçün bir sıra reydlər keçiriblər.
Xuraman Etibarlı
İnterpress.az