İki yaşlı uşağı çamadanda aparan qadın SAXLANILDIbackend

İki yaşlı uşağı çamadanda aparan qadın SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Zelandiyada iki yaşlı uşağı çamadanda daşıyan qadın saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə ölkə polisinin rəsmi saytında məlumat verilib.

Bazar günü, avqustun 3-də bir sərnişin ölkənin şimalındakı Kayvaka şəhərində dayanan turist avtobusunun sürücüsündən baqaj bölməsini açmağı xahiş edib.

Kişi çamadanlardan birinin hərəkət etdiyini görüb. Onu açıb içəridə iki yaşlı qız uşağı aşkarlayıb. Bundan sonra sürücü dərhal polisə müraciət edib.

Hadisə yerinə gələn polis əməkdaşları uşağı müayinə ediblər. Qızın dərisi çox isti olsa da, heç bir xəsarət almayıb.

O, xəstəxanaya çatdırılıb, hərtərəfli tibbi müayinədən keçirilib.

Onu müşayiət edən 27 yaşlı qadın saxlanılıb. O, uşaqlara qarşı zorakılıqda ittiham olunub və avqustun 4-də məhkəmə qarşısına çıxarılacaq.

Hadisə ilə bağlı Uşaq İşləri Nazirliyinə məlumat verilib.

Hadisənin marşrutunda baş verən avtobus şirkətinin nümayəndələri bildiriblər ki, 3 yaş və ondan kiçik uşaqların minməsinə görə valideynlərdən pul tələb etmirlər.

Xuraman Etibarlı

İnterpress.az