İlon Mask “Twitter”i almaqdan imtina edirbackend

İlon Mask “Twitter”i almaqdan imtina edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ötən gün “Twitter”in baş direktoru sosial şəbəkədəki saxta hesabların sayının 5%-dən az olduğuna dair sübut təqdim etməkdən açıq şəkildə imtina etdi. O, real rəqəmləri elan edənə qədər “Twitter”in alınması ilə bağlı sövdələşmə imzalana bilməz”

İnterpress.az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask social şəbəkə hesabında yazıb.

Milyarderin sözlərinə görə, hazırda sosial şəbəkədə saxta hesabların sayı 20 faizdən çoxdur.

Qeyd edək ki, amerikalı milyarder İlon Mask “Twitter” mikrobloqunu 44 milyard dollara satın almaq qərarına gəlib. Bundan əvvəl Mask “Twitter”in ən böyük səhmdarına çevrilmişdi.