Ədirnədə imam libasında Hellouin bayramında iştirak edən şəxs həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Ədirnədə gənc bir kişi imam paltarı geyinərək Hellouin bayramında iştirak edib və əlində pivə şüşəsi ilə “namaz qılarmış” kimi pozalar verib.
Diyanət-Sən Ədirnə Şöbəsi onu və digər iştirakçıları “dindarların hisslərini təhqir etmək” ittihamı ilə cinayət işinə cəlb edib.
Şöbə başçısı Emin Yarıkan bildirib ki, dini dəyərlərə hörmətsizlik həm nifrət cinayəti, həm də sosial sülhün pozulmasıdır və məsələ ciddi şəkildə təqib olunacaq.
Xuraman Etibarlı
İnterpress.az






