Pakistanın keçmiş baş nazirinin həyat yoldaşı terror cinayətlərində ittiham olunur.
interpress.az xəbər verir ki, bu barədə “Dawn” məlumat yayıb. Nəşr yazır ki, Pakistanın keçmiş baş naziri İmran Xanın həyat yoldaşı Buşra Bibi terrorla bağlı 11 cinayətdə ittiham olunur.
Bu ittihamlar onun Pakistan Silahlı Qüvvələrinin əsas qərargahına hücum və hərbi obyektin yandırılması, Xidmətlərarası Kəşfiyyat ofisinə hücumun təşkilində iddia edilən rolu, 9 may 2023-cü ildə etirazlar zamanı iğtişaşlar və vandalizm aktları, habelə hökumət əleyhinə çağırışlarla bağlıdır.
Polisin bir il əvvəl açdığı cinayət işlərinə əsaslanan ittihamlar əvvəllər yalnız nikah qanununu pozmaqda ittiham olunan 44 yaşlı Büşra Bibi üçün vəziyyəti ciddi şəkildə çətinləşdirə bilər. Bu həm də həyat yoldaşı kimi Adiala həbsxanasında həbsdə olan İmran Xana ciddi zərbə olacaq.
Xuraman Etibarlı
İnterpress.az