İndoneziyanın qərbində içərisində 78 nəfərin olduğu sürətli qayığın batması nəticəsində 11 nəfər ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Batan qayıqdakı 78 nəfərdən 58 nəfəri xilas etdiklərini açıqlanıb.
Sidhakarya 11 nəfərin cəsədinin tapıldığı, 9 nəfərin isə itkin düşdüyü qeyd edilib.
Xilas edilənlərdən bəzilərinin huşsuz olduğunu və müalicəyə cəlb olunub.
Axtarış-xilasetmə işləri davam etdikcə ölənlərin sayının artacağı istisna deyil.
Qeyd edək ki, dəniz nəqliyyatının çox olduğu İndoneziyada qayıq qəzaları tez-tez baş verir.
2018-ci ildə Şimali Sumatrada qayığın batması nəticəsində 167 nəfər həlak olub.