İngiltərə cəsədi tələb olunan şahzadənin saçını Efiopiyaya göndərdibackend

İngiltərə cəsədi tələb olunan şahzadənin saçını Efiopiyaya göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə 144 il əvvəl vəfat edən Efiopiya Şahzadəsinin cəsədi əvəzinə Efiopiya hökumətinə bir tutam saç təhvil verib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Efiopiya Xəbər Agentliyinin (ENA) verdiyi xəbərə görə, 1868-ci ildə Efiopiya ərazisinə girib-çıxarkən 7 yaşlı Şahzadə Alemayehunu qaçıran ingilislər öz ərazilərində dünyasını dəyişən Şahzadənin saçını geri qaytarıblar.

Efiopiyadan imperiyaya aid bir çox tarixi əsəri qaçaqmalçılıq yolu ilə keçirən İngiltərə, dəfələrlə tələb olunan cəsədin əvəzinə şahzadənin saçından bir tutam fond vasitəsilə Efiopiyaya verib.

18 yaşına qədər İngiltərədə yaşayan və orada vəfat edən Şahzadə Alemayehu ingilislərə qarşı müharibədə məğlub olduqdan sonra intihar edən İmperator Tevodrosun oğludur.

Şahzadə Alemayehunun atası İmperator Tevodrosun dövründən qalan saç və bəzi kiçik parçalar da geri qaytarılıb.