İngiltərəyə köç edənlərin sayı 600 mini keçibbackend

İngiltərəyə köç edənlərin sayı 600 mini keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçən il İngiltərəyə xalis miqrasiyanın rekord həddə artaraq 606 min nəfər olduğu açıqlanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

2022-ci ilin dekabrında bitən il ərzində Böyük Britaniyaya xalis miqrasiya rekord həddə – 606,000-ə çatıb.

Bu artımın Avropa İttifaqı (AI) xaricindən İngiltərəyə işləmək və ya təhsil almaq üçün gələnlərin, Ukrayna və Honq Konqdan xüsusi viza proqramları ilə gələnlərin hesabına olduğunu bildirib.

Bununla belə, Britaniya Milli Statistika İdarəsi keçən il immiqrasiyada rekord artıma baxmayaraq, son aylarda immiqrasiya nisbətlərinin aşağı düşdüyünü göstərən məlumatlara işarə edib.

ONS 2022-ci ildə təxminən 1,2 milyon insanın təhsil, iş və digər səbəblərlə İngiltərəyə gəldiyini, 557 min insanın isə ölkəni tərk etdiyini açıqlayıb.

Xalis miqrasiya ölkəyə gələn əhalidən ölkədən gedən əhalinin sayını çıxmaqla əldə edilir.

Ölkəyə gələn xalis immiqrantların sayı 2021-ci ildə 488 min olaraq qeyd edilib.