İnsanları bədbəxt edən, incidən məmur sonda taksi sürücüsü oldu – FOTOLARbackend

İnsanları bədbəxt edən, incidən məmur sonda taksi sürücüsü oldu – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həyatımda ilk dəfə idi ki, taksi səfərindən bu qədər zövq alırdım. Taksi sifariş verdim və avtomobilə minən kimi sürücü məni Salamladı. Salamlama: Salam hörmətli sərnişin. Sizi avtomobilimizdə görməkdən məmnunuq. Bizi seçdiyinoz üçün sizə təşəkkür edirik və xoş səyahət arzu edirik. Xatırladıram ki, istiqamətimiz filan yerdir və yol boyunca təhlükəsizliyiniz bizə əmanətdir.

Mən elə hissetdim ki, təyyarənin içindəyəm. Bu gördüyünüz yazılar da maşının içindən çəkilib. Yolda dedim ki, bir şeyi yazmağı unutmusunuz. Siqaret çəkmək qadağandır. Dedi ki, o şey ki birmənalı olaraq olmaz, onu yazmağı lazım bilmədim. İnsanı öldürmək olmaz kimi, oğurluq, yalan və s kimi qadağan olunmuş şeyləri hər yerə yazıb vurmaq olmaz. Düzdü, bizim kimi cəmiyyətlərdə hər addımbaşı yazılmalıdı, amma bu mövzuda kişi ilə mübahisə etmədim, çünki yazıb ki sürücünün başını boş boş söhbətlərə qatma və əsəbləşdirmə. Qorxumdan səhv yola girəndə də səsimi çıxarmadım ki, yazıda qeyd edib ki marşurutu sürücü seçir.  Kişi səhv girdi və xeyli yol fırlandı. Nəyimə lazım, yazıb qoyub, mən də əməl edirəm də. Lazımdı mənə artıq söz eşidim?

Özümü saxlaya bilməyib soruşdum ki, siz taksi sürücüsü deyilsiz də, hangi rüzgar sizi bu sahəyə atıb.

Məlum oldu ki, kişi dövlət idarəsində və bankda vəzifələrdə işləyib. 61 yaşı var və son 3 ilə qədər ateist olub. Son 3 ildir ki, islamı qəbul edib. Hesab edir ki, çox pis və utanılacaq həyat yaşayıb və Allah onu ciddi cəzalandırıb və indi də sınayır. “Bir gün hər şey həyatında düzələcək” ümidi ilə hər gün Allaha dua edir.

Maraqlı gəldiyi üçün dedim ki, mən jurnalistəm. Sizi çəkmək istəyərəm. Dedi ki, birmənalı olaraq olmaz. Mən o adam deyiləm ki, çıxım kütlə önündə danışım. Mənim buna mənəvi haqqım çatmır. Öz həyatımdan ki, utanıram, utandığım şeyləri başqalarına misal kimi göstərə bilmərəm. Onsuz da hər gün utanıram keçmiş həyatıma görə. Mənim danışmağa, söz deməyə haqqım yoxdu və bu haqqı özümdən alaraq özümü cəzalandırıram. Hər gecə düşünürəm ki, “vse taki kakoy je ya dryan”.

Çox faciəli, amma nə qədər yetişmiş bir həyat. Taksidə düşündüm ki, görəsən, bizdə hökümət idarələrində işləyib, minlərlə insan taleləri ilə oynayıb, insanları bədbəxt edən, incidən, üzən, ağladan və alçaldan məmurlar vəzifədən getdikdən sonra özlərini belə cəzalandıra biləcək əxlaqa, mənəviyyata və gücə sahibdilər?

Və təbii ki təyinat nöqtəsinə çatanda eyni qaydada sağollaşdı, təşəkkür etdi. Bir taksi yolçuluğu bir həyat hekayəsi və həyat dərsi oldu mənə.

Ramal Dövran