İnzibati və yardımçı vəzifələrin təsnifat toplusuna dəyişiklik edilibbackend

İnzibati və yardımçı vəzifələrin təsnifat toplusuna dəyişiklik edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnzibati və yardımçı vəzifələrin təsnifat toplusuna dəyişiklik edilib.

İnterpress.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında” 2003-cü il 4 avqust tarixli 911 nömrəli, “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli, “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 11 sentyabr tarixli 829 nömrəli fərmanlarında və “Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələrin və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısının təsdiq edilməsi barədə” 2008-ci il 10 mart tarixli 2715 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Fərmanında əksini tapıb.

Dəyişikliklə Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini dövlət orqanlarında inzibati vəzifələr siyahısına daxil edilib.