İqtisadçı Məmməd Talıblının imza günü keçiriləcəkbackend

İqtisadçı Məmməd Talıblının imza günü keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

22 may “Kitabevim”də iqtisadçı-ekspert Məmməd Talıblının imza günü keçiriləcək.

İnterpress.az-a daxil olan məlumata görə, “İqtisadi vektor və strateji seçim” adlı kitabda iqtisadçı Məmməd Talıblının Azərbaycanın xarici iqtisadi əlaqələrinin, son illərdə iqtisadi vektorunu hansı istiqamətə yönəltməsinin təhlili, ölkəmizin gələcəkdə etməli olduğu strateji seçimlərin əsaslandırılması ilə bağlı müstəqil düşüncələri yer alıb.

Eyni zamanda əsər müəllifin son ayların ən aktual mövzusu olan Rusiya-Ukrayna savaşı kontekstində Azərbaycanın getməli olduğu yola işıq salmaq cəhdidir. Kitab xüsusilə ictimai-siyasi vəziyyətlə maraqlananlara, ictimai xadimlərə və iqtisadçılara ünvanlanmış bir ərmağandır.