İran da 3+3 formatını dəstəklədi – RƏSMİ MÖVQEbackend

İran da 3+3 formatını dəstəklədi – RƏSMİ MÖVQE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qafqazda sülhün və əməkdaşlığın təmin edilməsi üçün “3+3” formasının yaradılması ilə bağlı təşəbbüsünü dəstəkləyir”.

bu məlumatı Anadolu Agentliyinə İranın Türkiyədəki səfiri Məhəmməd Ferazmenda verib.

Diplomat bildirib ki, Ərdoğanın təşəbbüsü İranın daxili siyasətinin belə fundamental prinsipinə uyğundur: “Regional problemin həlli, münaqişə zonasının minimuma endirilməsi, əməkdaşlığın inkişafı üçün bu format önəmlidir. Gürcüstan istisna olmaqla, qonşu dövlətlər bu təşəbbüslə çıxış ediblər. “3+3” və ya “3+2” təşəbbüslərinin reallaşdırılması üçün kollektiv iradə, ümumi maraqlar və ən yüksək səviyyədə qarşılıqlı anlaşma mövcuddur. Şübhəsiz ki, 30 ildir davam edən münaqişənin sona çatması və sülhün və sabitliyin bərqərar olması, Cənubi Qafqaz strateji regionunda inkişaf, ticarət, sərmayə qoyuluşu və qüsursuz kommunikasiya imkanlarının yaranması bütün regionu özünə gətirəcək”.