Ötən gecə İran hakimiyyəti Mohsen Lanqrenşini “sionist varlıq”la əməkdaşlıq ittihamı ilə edam edib.
İnterpress.az xəbər verir ki, bu barədə İranın rəsmi mənbələri məlumat yayıb. Məlumata görə, o, başqa şeylərlə yanaşı, 2022-ci ilin mayında Tehranın mərkəzində yüksək rütbəli zabit Ziyad Xudainin öldürülməsində iştirak edib.
Xudai öz avtomobilində yaxın məsafədən açılan 5 güllə nəticəsində həlak olub.
İsrail mənbələrinin məlumatına görə, Xudai İrandan kənarda törədilən terror aktlarına cavabdeh olan İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin 840-cı bölməsinin komandir müavini olub.
Qətl zamanı İran mənbələri onun İranın nüvə layihəsi ilə də bağlı olduğunu iddia edirdilər.
Xuraman Etibarlı
İnterpress.az