İran nüvə danışıqlarına qayıtmağa razıdır, lakin ŞƏRTİ VARbackend

İran nüvə danışıqlarına qayıtmağa razıdır, lakin ŞƏRTİ VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehran ABŞ ilə nüvə danışıqlarını yalnız öz şərtləri ilə bərpa etməyə hazırdır.

İnterpress.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran ABŞ ilə nüvə proqramı üzrə danışıqlara qayıtmağa hazırdır, lakin prosesə “hörmətlə yanaşıldığı” təqdirdə.

O vurğulayıb ki, diplomatiya yeganə faydalı vasitə olaraq qalır, lakin ABŞ və Qərb son vaxtlar danışıqlardan uzaqlaşıb və öz şərtlərini diktə etməyə çalışıb.

Əraqçi əlavə edib ki, İran uranın zənginləşdirilməsi ilə bağlı “ayrılmaz hüququndan” imtina etməyəcək.

Danışıqların əvvəlki raundunun isə İsrailin İran obyektlərinə endirdiyi zərbələrdən sonra pozulduğu xatırladılır. KİV məlumatına görə, həmin hücumlara ABŞ-nin dəstəyi də olub.

Xuraman Etibarlı

İnterpress.az