İran patrul gəmisindən Hörmüz boğazında ABŞ gəmilərinə təcavüzbackend

İran patrul gəmisindən Hörmüz boğazında ABŞ gəmilərinə təcavüz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran İnqilabı Keşikçiləri Korpusunun patrul katerinin Hörmüz boğazından keçərkən yaxınlaşdığı 2 ABŞ hərbi gəmisini təqib etdiyini açıqlayıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Hadisə dekabrın 5-i axşam saatlarında Amerika gəmilərinin Hörmüz boğazından keçdiyi zaman baş verib.

Bəyanatda bildirilib ki, İran İnqilabı Keşikçiləri Korpusuna məxsus patrul kateri ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Levis B Puller” hərbi dəniz baza gəmisi və beynəlxalq sularda üzən “The Sullivans” esminesinə yaxınlaşıb.

İran qayığının Amerika gəmilərindən birinin körpüsünə işıq saçaraq görmə sahəsini zəiflətməyə çalışıb.

Bəyanatda bildirilib ki, İran İnqilab Keşikçiləri Korpusunun hərəkətləri beynəlxalq konvensiyaların pozulması kimi dəyərləndirilib.