İran Qətərdə həbsdə olan 7 vətəndaşının azad edildiyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İranın Dohadakı səfiri Həmid Dehkan deyib ki, Qətər rəsmilərinin əməkdaşlığı ilə 7 iranlı məhbus bu gün azadlığa buraxılıb və bir neçə dəqiqə əvvəl Tehrana yola düşüb.
Dehkan sözügedən şəxslərin hansı cinayətlərə görə mühakimə olunduqları və Qətərdə nə qədər müddət saxlanıldıqları barədə məlumat verməyib.
Aprelin 11-də Qətər ərazi sularını pozduğuna görə saxlanılan 17 İran vətəndaşını azad edib.