İran və Küveyt dəniz sərhədinin müəyyənləşdirilməsi üçün danışıqlar aparırbackend

İran və Küveyt dəniz sərhədinin müəyyənləşdirilməsi üçün danışıqlar aparır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və Küveytin dəniz sərhədlərini müəyyən etmək üçün danışıqlara başlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, iki ölkənin ümumi hüquq komissiyası İranın paytaxtı Tehranda toplaşıb.

Danışıqlar zamanı Küveyt tərəfinə xarici işlər nazirinin müavini, səfir Mənsur əl-Uteibi, İran tərəfinə isə xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini, səfir Rza Nəcəfi sədrlik edib.

İki ölkə arasında dəniz sərhədlərinin çəkilməsi məsələsinin müzakirə olunduğu görüşdə bu məsələnin beynəlxalq hüquq normaları əsasında həll edilməsinin vacibliyi vurğulanıb.

Uteybi iki ölkənin siyasi məsləhətləşmə iclası zamanı İranın xarici işlər nazirinin müavini Əli Bakiri ilə ikitərəfli əlaqələrin inkişafı və möhkəmləndirilməsi imkanlarını da müzakirə edib.

Sərhədin çəkilməsi danışıqlarının Səudiyyə Ərəbistanı ilə İran arasında normallaşma razılaşmasından bir neçə gün sonra baş tutması diqqət çəkib.