İran yeni orta mənzilli ballistik raketini təqdim edibbackend

İran yeni orta mənzilli ballistik raketini təqdim edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Xeybər (Hürrəmşəhr-4) adlı orta mənzilli ballistik raketi paytaxt Tehranda təqdim edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

2 min kilometr məsafəyə malik olan maye yanacaqla işləyən ballistik raket “Xeyber” 1500 kiloqram döyüş başlığı daşıya bilir.

Raketin buraxılması və sonra hədəfi vurması görüntüləri nümayiş etdirilib.

Mərasimdə iştirak edən müdafiə naziri Məhəmməd Rza Aştiani sözügedən ballistik raketin ölkəsinin inkişaf etdirdiyi Hürrəmşəhr raket ailəsindən olduğunu bildirib.

Aştiani bildirib ki, raket çox yüksək dağıdıcı gücə malikdir və müxtəlif döyüş başlıqları daşımağa qadirdir.