Ötən ay İranın Şiraz şəhərində Şah Çərəq məqbərəsində törədilən terror aktına görə mühakimə olunan müttəhim edam cəzasına məhkum edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Fars əyalətinin baş prokuroru Kazım Musevi məsələ ilə bağlı açıqlama verib.
Musəvi deyib ki, Şah Çərəğ türbəsinə silahlı hücum edən Tacikistan əsilli Rəhmətullah Nuruzaf iki dəfə ölüm cəzasına məhkum edilib.
Hücumla bağlı digər iki müttəhimin isə 5 il müddətinə azadlıqdan məhrum edildiyini bildirən Musevi, qərarlara qarşı apellyasiya şikayətinin 20 gün müddətinə açıq olduğunu bildirib. Hücum nəticəsində 2 nəfər ölüb.
Avqustun 13-də Fars əyalətinin Şiraz şəhərindəki Şah Çeraq türbəsi silahlı hücumun hədəfi olub. Hücum nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
Hadisədən sonra təcavüzkar yaxalanarkən, terror təşkilatı DEAŞ hücumun məsuliyyətini üzərinə götürüb. 2022-ci ilin oktyabrında Şah Çərəğ türbəsinə silahlı hücum nəticəsində 13 nəfər həyatını itirib.
Terror təşkilatı DEAŞ-ın üzərinə götürdüyü hücumu törətməkdə təqsirləndirilən iki şübhəli iyulun 8-də edam edilib.