Ötən ilin sentyabrında İranda 22 yaşlı Məhsa Əmininin öldürülməsindən sonra bütün ölkə boyu başlanılan etirazlar davam edir.
İnterpress.az xəbər verir ki, etirazlarda 1979-cu ildən tətbiq edilən məcburi hicab qanununun yumşaldılması tələbləri yenidən gündəmə gəlib.
Təxminən 4 aya yaxın davam edən nümayişlərdən sonra bəzi şəhərlərdə qadınların məcburi hicab qaydalarına əməl etməməsi ilə bağlı tənqidlər səslənir.
Sosial mediada ölkədə bəzi qadınların küçələrdə və iş yerlərində hicabsız gəzdiyi görünərkən, son zamanlar bu vəziyyətdən narahat olan rejim tərəfdarları mühafizəkarlar bu vəziyyətə reaksiya verərək, onlara çağırışlar edir.