İranda türkmən fəallara qarşı təzyiqlər davam edirbackend

İranda türkmən fəallara qarşı təzyiqlər davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Türkmən fəal Cəlaləddin Göglaninin verdiyi məlumata görə, İranın təhlükəsizlik məmurları türkmən ailələrə ölən və həbs edilən övladları barədə xəbərləri ictimailəşdirməmək üçün təzyiq göstərirlər.

Onun dediyinə görə, Günbəd, Bəndər Türkmən, Ağ qala, Kəlalə və Gürgan şəhərlərində kimliyi dəqiqləşdirilə bilən 39 türkmən məhbus var və onlardan 19 nəfəri qadındır.

Cəlaləddin Göglani çox sayda türkmənin həbs edildiyini, ancaq onların hamısının kimliyini dəqiqləşdirməyin mümkün olmadığını bildirib.

Qeyd edək ki, İranda etiraz aksiyaları başlayandan bu günə kimi 4 türkmən fəal öldürülüb, onlarla türkmən isə yaralanıb.