İranda zəlzələ nəticəsində ölən və yaralananlar var – YENİLƏNİB + VİDEObackend

İranda zəlzələ nəticəsində ölən və yaralananlar var – YENİLƏNİB + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda güclü zəlzələnin nəticələri barədə yeni məlumatlar yayılır.

Artıq ölkənin kütləvi informasiya vasitələrində insan təlafatı barədə informasiyalar verilir. Bildirlir ki, təbii fəlakət nəticəsində azı 8 nəfər yaralanıb.

Bir nəfər isə üzərinə işıq dirəyinin düşməsi nəticəsində həlak olub.

Mənbə: “Mehr”

17:13

İranda güclü zəlzələ baş verib.

Avropa Aralıq dənizi seysmoloji mərkəzinin məlumatına görə, 6.5 ballıq yeraltı təkanlar ölkənin cənub bölgələrində qeydə alınıb.

Zəlzələnin episentri 352 min əhalisi olan Bəndər-Abbas liiman şəhəri yaxınlığında, 100 km dərinlikdə olub.

Dağıntılar və tələfat barədə, hələ ki məlumat yoxdur.

Mənbə: TASS