İraqın baş naziri: Biz heç vaxt İranın ərazimizdən təhdid edilməsinə icazə verməyəcəyikbackend

İraqın baş naziri: Biz heç vaxt İranın ərazimizdən təhdid edilməsinə icazə verməyəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biz heç vaxt İranın ərazimizdən təhdid edilməsinə icazə verməyəcəyik.

İnterpress.az xəbər verir ki, bunu İraqın baş naziri Məhəmməd əl-Sudani İran prezidenti Pezeşkianla birgə mətbuat konfransında deyib.

“Biz heç vaxt heç bir tərəfin İraq ərazisindən İslam Respublikasına qarşı təcavüz, düşmənçilik və ya transsərhəd təhdidlər törətməsinə icazə verməyəcəyik”, – əl-Sudani bildirib.

Bu gün səhər saatlarında İraqa seçildikdən sonra ilk rəsmi xarici səfərinə gələn Pezeşkian prezident Rəşid və əl-Sudani ilə görüşlər keçirib.

Tərəflər müxtəlif sahələrdə əməkdaşlığa dair 14 anlaşma memorandumu imzalayıb və bir sıra sənədlər qəbul ediblər.

Xuraman Etibarlı

İnterpress.az