İspaniya F-35-ləri almaq fikrini dəyişib.
İnterpress.az xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.
İspaniya Amerika F-35 qırıcıları almaq planlarından imtina edib və Avropa istehsalçılarının alternativlərini nəzərdən keçirəcək.
İspaniya hökuməti 2023-cü il büdcəsində yeni qırıcıların alınması üçün 6,25 milyard avro ayırıb. Lakin bu il əlavə 10,5 milyard avronun böyük hissəsinin Avropada müdafiəyə xərclənməsi qərarının ABŞ-dan qırıcıların alınması ilə bir araya sığmadığı üzə çıxdı.
Nəşr qeyd edir ki, yeni təyyarələrin alınması üçün ilkin təmaslar qeyri-müəyyən müddətə dayandırılıb və Madrid Avropa layihələri çərçivəsində özünün döyüş təyyarələri parkının inkişafı üçün alternativ variantları nəzərdən keçirməyə başlayıb.
İspaniya Hərbi Hava Qüvvələri 2030-cu ilə qədər istismardan çıxarılması planlaşdırılan AV-8B Harrier-i əvəz etmək üçün F-35-A almalı idi.
Xuraman Etibarlı
İnterpress.az