İspaniya meşə yanğını ilə mübarizə aparır: 1500 nəfər təxliyə edilibbackend

İspaniya meşə yanğını ilə mübarizə aparır: 1500 nəfər təxliyə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın şərqindəki Castellon və Teruel şəhərləri arasında dünən baş verən meşə yanğınında evlərindən təxliyə edilənlərin sayı 1500-ü keçib.

Bu barəəd İnterpress.az yerli mediaya istinadən xəbər verir.

İspaniyanın Valensiya Özünüidarə Hökumətinin Ədliyyə, Daxili İşlər və Kommunal İdarəetmə naziri Qabriela Bravo jurnalistlərə bildirib ki, dünən başlayan meşə yanğınında təxminən 4000 hektar ərazi zərər görüb.

Bravo, təxminən 30 kilometr ərazini əhatə edən və çoxlu kiçik yaşayış məntəqələrinin olduğu bölgədə 1500-dən çox insanın evlərindən təxliyə edildiyini və yanğının hələ də nəzarət altına alınmadığını bildirib.

Havanın temperaturu və küləklə əlaqədar bölgə üçün “yüksək təhlükə” xəbərdarlığı edilib.

Yanğının söndürülmə işlərinə 18 təyyarə və 420 nəfərlik heyətin qatıldığı açıqlanıb.

AB toplantısı üçün Brüsseldə olan İspaniyanın Baş naziri Pedro Sançez ilin ilk böyük meşə yanğını ilə üzləşdiklərini açıqlayıb.

2022-ci ildə İspaniya 310 min hektardan çox ərazini yandıraraq meşə yanğınları ilə bağlı tarixinin ən pis illərindən birini yaşadı.