İspaniya Sudanda ordu ilə milis Çevik Dəstək Qüvvələri (HDK) arasında aprelin 15-də başlayan qarşıdurmalara görə paytaxt Xartumdakı səfirliyini müvəqqəti bağladığını açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İspaniya Xarici İşlər Nazirliyindən bildirilib: “Minimum təhlükəsizlik şərtlərinə əməl oluna bilmədiyi üçün İspaniyanın Xartumdakı səfirliyi növbəti xəbərdarlığa qədər bağlı qalacaq. Hər hansı bir kənar təsirdən çəkinin və evdə qalın”.
Qeyd edək ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartumda və müxtəlif şəhərlərdə Sudan ordusu ilə hərbiləşdirilmiş HDK arasında silahlı toqquşmalar baş verib.
“HDK-nın orduda tam iştirakını” nəzərdə tutan hərbi təhlükəsizlik islahatı ilə bağlı ordu ilə HDK arasında yaranan fikir ayrılığı son bir neçə ayda qızğın qarşıdurmaya çevrilmişdi.
Ümumdünya Səhiyyə Təşkilatı bölgədəki qarşıdurmalarda ən azı 83 nəfərin öldüyünü, 1126 nəfərin yaralandığını açıqlayıb.