İspaniyanın şimalında balıqçı gəmisinin batması nəticəsində 2 nəfər ölübbackend

İspaniyanın şimalında balıqçı gəmisinin batması nəticəsində 2 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın şimalında Kantabriya dənizində balıqçı gəmisinin batdığı, 10 ekipaj üzvündən 2-nin öldüyü, 7-nin xilas edildiyi, 1-nin isə itkin düşdüyü bildirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Kantabriya özünüidarə hökumətinin başçısı Migel Anxel Revilla 10 nəfərlik ekipajı olan “Villaboa 1” balıqçı gəmisinin Cape Mayor yaxınlığında batdığını açıqlayıb.

İspaniyanın şimal bölgəsində, balıqçılığın əhəmiyyətli bir dolanışıq qaynağı olduğu Qalisiya və Kantabriya bölgələrində, əlverişsiz dəniz şərtləri səbəbiylə gəmilərinin batması nəticəsində son 15 ildə 50-yə yaxın balıqçı həyatını itirib.