İsrail Argentinayla əməkdaşlığın dərinləşəcəyini gözləyir.
İnterpress.az xəbər verir ki, İsrailin Xarici İşlər naziri Saar Argentinanın prezidenti Xavyer Mileyi partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik məktubu göndərib.
Məktubda İsrail-Argentina münasibətlərinin dərinləşməsi gözlənildiyi bildirilib.
26 oktyabrda Argentinada parlament seçkiləri keçirilib. Səsvermənin 90%-dən çoxu hesablandıqdan sonra Mileyin “Azadlıq irəliləyir” partiyası 40%-dən çox səs toplayaraq qələbə qazanıb, həmçinin Buenos-Ayres və Kordova, Santa-Fe vilayətlərində üstünlük əldə edib.
ABŞ prezidenti Donald Tramp da argentinalı həmkarını qələbə münasibətilə təbrik edib.
Xuraman Etibarlı
İnterpress.az






