ABŞ-ın texnologiya şirkəti “Meta”nın sahibi olduğu “Facebook”da İsrail-Fələstin münaqişəsi ilə bağlı zərərli və potensial zərərli məzmunun yayılması ilə bağlı müvəqqəti məhdudlaşdırıcı tədbirlər görüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
“Meta”nın internet saytından verilən açıqlamada bölgədəki insanları mümkün istenmeyen şərhlərdən qorumaq məqsədilə “Facebook” sosial media platformasında zərərli və potensial zərərli məzmuna müvəqqəti məhdudiyyətlər daxil olmaqla bir yeniləmənin edildiyi açıqlanıb.
Qeyd olunub ki, sözügedən yeniləmə ilə münaqişə zonasında yazılar yaradanlar mesajlarına şərh yazanları məhdudlaşdıra və yalnız dostları və ya izləyicilərinə şərh verməyə icazə verə biləcəklər.
“Meta” bildirib ki, bu yeniləmə yazılardakı təhqiredici şərhlərin görünməsini azaltmaq məqsədi daşıyır.
“Biz bu siyasətləri bütün dünyada bərabər şəkildə tətbiq edirik və səsləri qəsdən basdırdığımız fikrinin heç bir həqiqətə əsası yoxdur”, – məlumatda vurğulanıb.