İsrail hərbi rəhbərliyində GƏRGİNLİK: Müdafiə naziri Baş Qərargah rəisini İTTİHAM ETDİbackend

İsrail hərbi rəhbərliyində GƏRGİNLİK: Müdafiə naziri Baş Qərargah rəisini İTTİHAM ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin müdafiə naziri Baş Qərargah rəisini ittiham edib.

İnterpress.az xəbər verir ki, İsrail müdafiə naziri Yoav Katz Baş Qərargah rəisi Eyal Zamiri kadr təyinatlarının müzakirəsi zamanı təlimatları pozmaqda ittiham edib.

Katz bildirib ki, İsrail ordusunun mətbuat xidməti tərəfindən əsas vəzifələrə namizədlərin adlarının açıqlanması onunla razılaşdırılmayıb.

Nazir vurğulayıb ki, bütün kadr müzakirələri yalnız müdafiə naziri ilə koordinasiyadan sonra aparılmalıdır.

Zamir isə cavabında qeyd edib ki, söhbət “Dəmir qılınclar” əməliyyatının əvvəlindən xidmət edən briqada komandirlərinin planlı rotasiyasından gedir.

Qanuna əsasən, polkovnik və daha yüksək rütbələrə təyinat qərarını məhz Baş Qərargah rəisi verir, daha sonra isə onu təsdiqləmək üçün nazirə təqdim edir.

İsrail mediası yazır ki, bu qarşıdurma Zamirin Qəzza zolağında yeni əməliyyata rəhbərlik etməli olduğu bir vaxtda baş verir.

O, əməliyyatla razılaşmasa da, kabinetin göstərişlərini yerinə yetirməyə hazır olduğunu bildirib.

Xuraman Etibarlı

İnterpress.az