İsrail İran daxilində hücumlar üçün yerli müxalifləri cəlb edib.
İnterpress.az xəbər verir ki, ProPublica-nın məlumatına görə, son illərdə İsrailin “Mossad” xidməti İran ərazisində təxribat törətmək üçün iranlı dissidentlərdən və qonşu ölkələrdən olan əməliyyatçılardan daha çox istifadə etməyə başlayıb.
Mənbələr bildirir ki, İsrail işə götürdüyü şəxslərə xaricdə təhsil almaq imkanı, qohumlarının müalicə xərclərinin ödənilməsi və maddi dəstək vəd edir.
Bəzi yeniyetmələr isə rejimə qarşı şəxsi intiqam motivi ilə hərəkət edirlər. Təlimlər İrandan kənarda, o cümlədən Yaxın Şərqdə “Mossad” təlimatçılarının rəhbərliyi ilə keçirilir.
Məqalədə qeyd olunur ki, əvvəllər İsrail kəşfiyyatı əsasən İsraildən olan agentlərə güvənirdi. İndi isə getdikcə daha çox yerli sakinlər, xüsusən də etnik azlıqlar — kürdlər, ərəblər və bəluclar bu əməliyyatlara cəlb olunur. Bu yanaşma əməliyyatların daha tez-tez və dəqiq həyata keçirilməsinə imkan verir.
Xuraman Etibarlı
İnterpress.az