İsrail ölkənin dərinliklərinə qoşun yeridib və iranlıları əsir götürüb.
İnterpress.az xəbər verir ki, bu barədə Suriya müxalif mediası məlumat yayıb.
Bildirilir ki, sentyabrın 9-na keçən gecə İsrail qırıcıları Suriyanın mərkəzindəki Həma əyalətinin Masyaf bölgəsinə enərək quru qoşunlarını cəlb edib və üç iranlını əsir götürüblər.
Qeyd edilir ki, əməliyyat pilotsuz təyyarələrin dəstəyi ilə həyata keçirilib və bu, eniş yerinə yaxınlaşmağı mümkünsüz edib.
Bundan əlavə, yunanıstanlı Yaxın Şərq tədqiqatçısı Yeva Koulouriotis İsrail qüvvələrinin Suriyadakı raket zavoduna sızmağı, bəzi sənədləri və mühüm avadanlıqları götürməyi və onu məhv etdikdən sonra qaçmağı bacardığını bildirib.
Sentyabrın 9-da İsrail Hərbi Hava Qüvvələri Suriyanın bir sıra əyalətlərində hərbi obyektlərə bir sıra hava zərbələri endirib.
Masyaf bölgəsindəki hücumların hədəfi SEPAH-ın araşdırma mərkəzinin hərbi obyekti olub.
Qeyd edilib ki, bu vilayətin cənub-qərbində iranyönlü qruplar və silahların hazırlanması üzrə ekspertlərin yerləşdiyi bazalara hücum edilib.
Xuraman Etibarlı
İnterpress.az