İsrailə 14,3 milyard dollarlıq yardım paketini ehtiva edən qanun layihəsi Respublikaçılar tərəfindən ABŞ Nümayəndələr Palatasına təqdim edilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Respublikaçılar İsrailin “HƏMAS-a qarşı müharibəsində” ehtiyac duyduğu vəsaiti təmin etmək üçün ona 14,3 milyard dollar yardım göndərilməsi ilə bağlı qanun layihəsini ictimaiyyətlə bölüşüblər.
Bu yardım kampaniyasında İsrailin “Dəmir günbəz” və “David Sling” hava hücumundan müdafiə sistemləri üçün 4 milyard dollar, “Dəmir şüa” hava hücumundan müdafiə sistemi üçün isə 1,2 milyard dollar ayrılması nəzərdə tutulur.
Həmçinin ABŞ Daxili Gəlir Xidmətinin (IRS) maliyyələşdirilməsindən ayrılan yardımın kəsilməsi təklif edilir.
Qanun layihəsinin bu gün Nümayəndələr Palatasının alt komitəsində müzakirəyə çıxarılacağı gözlənilir.
Ağ Ev qanun layihəsinə qarşı çıxıb
Digər tərəfdən, Ağ Evin sözçüsü Karine Jean-Pierre yazılı açıqlamasında qanun layihəsini tənqid edib.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin açıqlamasında qanun layihəsi üçün IRS-in maliyyələşdirməsinin kəsilməsini “zəhərli həb” kimi qiymətləndirib.