İsrail və BƏƏ gömrük sazişi imzalayıbbackend

İsrail və BƏƏ gömrük sazişi imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) gömrük müqaviləsi imzalayıb.

Bu barədə İnterpress.az xarici mətbuata istinadən xəbər verir.

BƏƏ-nin Təl-Əvivdəki səfiri Məhəmməd əl-Haca öz Twitter hesabında İsrailin xarici işlər naziri Eli Kohen ilə Qüdsdə gömrük sahəsində əməkdaşlıq müqaviləsi imzaladığını açıqlayıb.

İmzalanma mərasimində İsrailin baş naziri Benyamin Netanyahu da iştirak edib.

İki ölkə arasında imzalanan azad ticarət müqaviləsinin qüvvəyə minəcəyini bildirən Haca, gömrük razılaşması ilə ikitərəfli ticarətin ikiqat artmasını, yaşayış standartlarının yaxşılaşmasını və qiymətlərin azalmasını gözlədiklərini bildirib.

İsraildə çıxan “The Times of Israel” qəzeti mövzu ilə bağlı xəbərində İsrail ilə BƏƏ arasında azad ticarət razılaşmasının sonuncu və ən əhəmiyyətli komponenti olan gömrük müqaviləsinin imzalanması üçün aparılan işlərin davam etdiyini yazıb.

Razılaşmanın məqsədi iki ölkə arasında ticarət mallarının təxminən 96 faizinə gömrük tariflərini azaltmaq və ya ləğv etməkdir.

Netanyahu bildirib ki, saziş “gömrük rəsmiləşdirilməsini azaldacaq və yaşayış xərclərini aşağı salacaq”.

Məlumata görə, sazişin aprelin 1-dən qüvvəyə minməsi gözlənilir.

Qeyd edək ki, İsrail və BƏƏ 2022-ci ilin mayında Dubayda azad ticarət sazişi imzalayıblar.