İsrailin aparıcı universitetlərinin saytlarına kiberhücumbackend

İsrailin aparıcı universitetlərinin saytlarına kiberhücum

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraildə müxtəlif universitetlərin internet saytlarına kiberhücum edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Belə ki, İsrailin böyük universitetlərinin internet saytları “Anonim Sudan” adlı haker qrupunun kiber hücumuna məruz qalıb.

Hücum səbəbindən Təl-Əviv Universiteti, Qüds İvrit Universiteti, Negev Ben-Qurion Universiteti, Hayfa Universiteti, Veizman Elm İnstitutu, İsrail Açıq Universiteti və Reyxman Universitetinin internet saytlarına daxil olmaq mümkün deyil.

“Anonim Sudan” adlı qrup da Telegram hesabından verdiyi açıqlamada İsraildəki universitetlərin internet saytlarına edilən kiberhücuma görə məsuliyyəti öz üzərinə götürüb.