İsrailin müdafiə naziri HƏMAS ilə altı həftəlik atəşkəsin tərəfdarıdır.
İnterpress.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant jurnalistlərə bildirib. O deyib ki, Qəzzada saxlanılan girovların azad edilməsi üçün döyüşlərdən sonra ən azı altı həftəlik fasilə üçün şərait yetişib.
Bununla belə, o, HƏMAS-ın tələb etdiyi kimi, hərbi əməliyyatların daimi dayandırılmasını öhdəsinə götürməyəcək.
İsrailin baş naziri Benyamin Netanyahu isə yeni məsələ qaldıraraq, İsrailin Qəzzanın Misirlə sərhədi boyunca qeyri-müəyyən müddətə strateji dəhlizdə qalmalı olduğunu deyib.
Xuraman Etibarlı
İnterpress.az