İsrail naziri HƏMAS-a hərbi təzyiqin zəruri olduğunu deyib.
İnterpress.az xəbər verir ki, bunu İsrailin maliyyə naziri Elkin Ynet-ə müsahibəsində deyib. O bildirib ki, HƏMAS hazırda Qəzza zolağında atəşkəs razılaşmasında maraqlı deyil.
Onun sözlərinə görə, ABŞ da “bu nəticəyə gəlib” və təşkilata “bütün mümkün hərbi təzyiqlərin” tətbiq edilməsinin zəruri olduğunu vurğulayıb.
“Biz təəccüblənmirik, lakin biz özümüzə HƏMAS-ın kim olduğunu – sözün əsl mənasında nasist olduğunu xatırladırıq”, – Elkin təşkilat tərəfindən yayılan pis vəziyyətdə israilli girovların görüntülərini şərh edərkən deyib.
Bundan əvvəl Elkin bildirib ki, girovların azad edilməsi ilə bağlı razılıq əldə olunmasa, İsrail Həmas-ı Qəzza zolağının bir hissəsinin ilhaqı ilə hədələyib.
Xuraman Etibarlı
İnterpress.az