29 oktyabr 2018-ci il tarixindən indiyədək İstanbul Hava Limanında 1 milyon 417 min uçuş yerinə yetirilib, 205 milyon 365 min sərnişin səyahət edib.
Bu barədə İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir.
Nəqliyyat və İnfrastruktur Naziri Adil Karaismailoğlu Türkiyənin aviasiya sahəsində Avropanın aparıcı qlobal aviasiya mərkəzi olduğunu vurğulayıb.
O, bu günlərə çatmaq üçün var gücləri ilə çalışdıqlarını və hava limanlarının sayını 26-dan 57-yə çatdırdıqlarını bildirib.
29 oktyabr 2018-ci ildə prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən açılışı edilən hava limanının adını tarixə qızıl hərflərlə yazdırdığını söyləyib.
Nazir yanvarda 38 min 888, fevralda 35 min 561, martda 39 min 396, apreldə 40 min 734, may ayında isə 44 min 31 uçuş həyata keçirildiyini bildirib:
“Yanvar-may dövründə 147 min 502-si beynəlxalq, 51 min 108-i daxili reyslər olmaqla ümumilikdə 198 min 610 uçuş həyata keçirilib. Eyni dövrdə İstanbul Hava Limanı ümumilikdə 28 milyon 893 min sərnişini qarşılayıb. İstanbul Hava Limanı açıldığı gündən bu yana 1 milyon 417 min uçuş həyata keçirərkən, 205 milyon 365 min sərnişin səfər edib. Dünya mülki aviasiya sektorunda rəqabət sürətlə artır. Biz bu bazardan daha böyük pay almaq üçün sektoru yaxından izləyirik və hədəflərimizə uyğun olaraq investisiyalarımızı edirik. 2035 və 2053-cü illər üçün baxışlarımızı bu gün tamamlayırıq. Rabitə və kommunikasiya sahəsində edəcəyimiz yeni nəsil investisiyalar 2053-cü ilə qədər 198 milyard dollara çatacaq”.