İstanbulda 1500 illik yeraltı keçid tapılıbbackend

İstanbulda 1500 illik yeraltı keçid tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulun Saraçhanesindəki bina ilə üzbəüz yerləşən 500 illik Polyeuktos kilsəsinin qalıqlarında aparılan qazıntılarda 1500 illik yeraltı keçid tapılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Saraçhane Arxeoloji Parkında yerləşən və Ayasofyadan əvvəl tikilmiş 1500 illik Polyeuktos kilsəsi ərazisində arxeoloji qazıntılar davam edir.

Müqəddəs Polyeuktosa ithaf olunduğu üçün bu adı alan kilsə 11-ci əsrdə əvvəlcə dağıdılıb, sonra talan edilib. Kilsənin qiymətli hissələri və sütunları qaçaqmalçılıq yolu ilə Venesiyaya aparılıb.

1960-cı illərdə yeraltı keçidin tikintisi zamanı kilsəyə aid bəzi tarixi əsərlər üzə çıxarılıb, Müqəddəs Polyeuktos kilsəsində qazıntı işləri aparılıb. 5-6 illik qazıntı işlərindən sonra kilsə köhnə vəziyyətinə salınıb.

8 iyun 2022-ci ildə Müqəddəs Polyeuktos kilsəsinin yerləşdiyi Saraçhane Arxeologiya Parkında İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) Mədəniyyət İdarəsinə bağlı İMM Miras qrupları tərəfindən qazıntılara başlanılıb.

Araşdırmaların aparıldığı ərazidə Haşim İşçan aşırımından 20 metr aralıda yeraltı keçid tapılıb. İçərisində mozaika və daş inktikasiyalardan ibarət yeraltı dəhlizin tikinti daşları işlənmiş mərmərlə formaya salınmış, relyeflərlə bəzədilib.

Binanın İstanbulun zəlzələ yaddaşı üçün nümunəvi yeraltı dəhlizi olduğunu vurğulayan İBB baş katibinin müavini Mahir Polat işlərin yekunlaşdığını bildirib və Saraçhane Arxeologiya Parkının bir ay sonra istifadəyə veriləcəyini açıqlayıb.

Yeraltı tunelin zəlzələ yaddaşına dair hesabat da ictimaiyyətlə paylaşılacaq.