Karaköydə 5 mərtəbəli bina çöküb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Küçə nəqliyyat vasitələrinin hərəkətinə bağlanarkən, tramvay xidmətləri də dayandırılıb.
İstanbulun Karaköy Kemeraltı küçəsində 5 mərtəbəli binadan beton parçaları düşüb.
Hadisə yerinə çağırılan xilasetmə qrupları, binada ola biləcək çökmə ehtimalına qarşı prospekti vasitə trafikinə bağladı, tramvay xidmətləri də dayandırılıb.
Ətrafda geniş təhlükəsizlik tədbirləri alan qrupların işləri davam edir.