Türkiyədə narkotiklə mübarizə çərçivəsində təşkil edilən əməliyyat zamanı 24 nəfər şübhəli şəxs qismində həbs edilib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Ölkənin hüquq-mühafizə orqanları narkotik vasitələrin qanunsuz hazırlanması, saxlanılması və satışı ilə bağlı cinayət hadisələrinin qarşısının alınması istiqamətində tədbirlərə başlayıb.
Araşdırmalar çərçivəsində dünən Fatihdə bəzi ünvanlarda eyni vaxtda keçirilən əməliyyatda 24 nəfər şübhəli şəxs qismində həbs edilib.