“İstəyirlər ki, Azərbaycan müharibədən sonra çıxdığı sərhəd xəttindən geri çəkilsin” – RƏYbackend

“İstəyirlər ki, Azərbaycan müharibədən sonra çıxdığı sərhəd xəttindən geri çəkilsin” – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyan sərhədin delimitasiya və demarkasiyasına hazır olduqlarını deyir, lakin bunun “güzgü prinsipi”nə əsasən edilməsini istəyir: qoşunlar qarşılıqlı olaraq geri çəkilir və bundan sonra sərhədin müəyyənləşməsi prosesi başlayır”.

İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

“İstəyirlər ki, Azərbaycan müharibədən sonra çıxdığı sərhəd xəttindən geri çəkilsin. Bakı bunu etməyəcək, çünki ordunun çıxdığı mövqelər işğal dövründə Ermənistanın irəli çəkdiyi sərhəd xəttidir. İrəvanın delimitasiya üçün “güzgü prinsipi” şərtini irəli sürməsi isə məsələnin həll edilməməsi və hərbi eskalasiyaya şəraitin yaradılması deməkdir”, – o əlavə edib.